Y.Haseqava Formula1-də son günlərini keçirir

Honda şirkətinin mətbuat xidməti məlumat yayıb ki, Toro Rosso komandası ilə yeni mövsümə hazırlıq çərçivəsində Formula1 üçün motor hazırlayan departamentin rəhbərliyində dəyişikliklər edilib.

Menecmentin yeni strukturu yanvarın 1-dən Sakuradakı bazada tədqiqat və hazırlıq işlərini, eləcə də test və yarışlarda işləri əhatə edəcək. Bu işlərə yeni təyin olunmuş əməliyyat direktoru Yasuaki Asaki rəhbərlik edəcək. Dünya çempionatının traslarında isə şirkəti yeni texniki direktor Toyoharu Tanabe təmsil edəcək.

Yusuke Haseqavanın əvvəllər tutduğu Honda-nın Formula1-də layihə rəhbəri vəzifəsi ləğv olunub. Yanvarın 1-dən Yusuke Honda-nın tədqiqat şöbəsində baş mühəndislik edəcək.

F-1.az xatırladır ki, Toyoharu Tanabenin F1-də kifayət qədər təcrübəsi var – yaponiyalı mütəxəssis 1990-1992-ci illərdə McLaren Honda komandasında Gerhard Bergerin, 2003-2007-ci illərdə əvvəlcə B.A.R., sonra isə Honda komandalarında Censon Battonun yarış mühəndisi kimi çalışıb.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*