F-1.az xatırladır ki, Honda mühərrikləri 2015-ci ildə ERS sistemi ilə bağlı ciddi problemlər yaşamışdılar.
Yasuke Haseqava: “ERS sistemi keçən illə müqayisədə daha yaxşı vəziyyətdədir. Amma rəqiblərimizə çatmaq üçün mühərriyi də inkişaf etdirməliyik. Hazırkı vəziyyətsən razı deyilik və xoşbəxt deyilik. İnkişaf etməliyik.
Təbii ki, şassi üçün yeniliklər gəlir, amma biz də güc qurğusunu gücləndirə bilərik. Hədəfimiz inkişaf etməkdir. Bunun üçün işləyirik”.