F-1.az xatırladır ki, Frederik Vassyör Sauber-ə rəhbər təyin olunandan dərhal sonra bildirmişdi ki, qarşısında duran ilk məqsəd gələn il hansı motorla yarışacaqlarını müəyyən etməkdir. Bu da komandanın Honda ilə işləməyəcəyi barədə şayiələrə səbəb olmuşdu. Haseqava bildirib ki, İsveçrə komandası qərarını tez verməlidir.
Yusuke Haseqava: “İndi və ya tezliklə. Biz gözləyə bilmərik, çünki artıq növbəti mövsüm üzərində işləyirik. Nə edəcəyimizi bilməliyik. Əvvəlcədən müəyyən etdiyimiz plana uyğun işləyirik. Lakin Sauber qərarını dəyişəcəksə, bundan vaxtında xəbərimiz olmalıdır”.