F-1.az xəbər verir ki, Fernando bunu təkzib etsə də, yaponlar şayiələrin düz olduğunu bildiriblər. Honda Motorsport-un rəhbəri Yusuke Haseqava deyib ki, Fernando Honda ilə əməkdaşlıq etmək istəmir.
Yusuke Haseqava: “Alonso hazırda Honda ilə işləməyə davam etmək istəmir – bu, tamamilə aydın məsələdir. Bundan başqa, Fernando etiraf edib ki, Honda-nın vəziyyətinin düzələcəyinə ümid edir. Özümüzü doğrultsaq, ola bilsin ki, o da fikrini dəyişər. Biz sübut etməliyik ki, inkişaf var. Başa düşürük ki, vəziyyət belə davam etsə, McLaren komandası və ya Fernandonun özü bizimlə davam etməyəcək”.