F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümün ilk 6 yarışında ciddi səhvlər edərək, iki dəfə qələbə şansını əldən vermişdi. Amma son yarışlarda daha stabil olan 21 yaşlı sürücü mövsümün sonunu 5 ardıcıl podiumla başa vurmuşdu.
Yos Ferstappen: “Maks yarışlarda artıq ağıllı davranır. Daha az riskə girir. Ancaq maşınının daha yavaş olduğunu düşünsək, podium üçün risk etməlidir. Maks Əbu Dabidə üçüncü olmaq üçün bir neçə dəfə hücum etməli oldu. Həmiltonun maşını daha sürətlidir. Yarışlara pouldan başladığı üçün rahatdır. Pouldan başlayıb rahat qazanır və riskə girmir. Belə olanda ona yaxşı pilot demək asandır. Maşını çox güclüdür. Maks çox ötmə edir və bunları heç kimin gözləmədiyi yerdə etməlidir”.