Y.Ferstappen: “Oğlum haqlıdır”

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, oğlunun aqressiv və döyüşçü ruhlu olması onun ən böyük xüsusiyyətidir...

F-1.az xatırladır ki, Maks Ferstappen komanda yoldaşı Karlos Saynsın arxasında ilişəndən sonra radiodan komandasını təhqir edib və yarışdan sonra isə komandasına qarşı danışmağa başlayıb.

Hollandiyalı sürücünün atası Yos Ferstappen oğlunu dəstəkləyib və bildirib ki, bəzi aqressiv sürücülər idmana rəng qatırlar: “Qətiliklə deyə bilərəm ki, Ferstappen hər şeyə amin deyən pilotlardan deyil. O, həmişə qabağa getmək və qalib gəlmək istəyir. Bu onun genində var.

Mən əminəm ki, yarışdakı nəticəyə görə Sayns da məyusdur və hər iki sürücü bu insidentdən çox dərs aldı.

İki sürücü arasında gərginliyin ilk yarışdan yaranması daha yaxşıdır. Çünki onlar bu vəziyyətdən dərs çıxarıb, daha düzgün addımlar ata bilərlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*