F-1.az xatırladır ki, 19 yaşlı sürücü yağışlı Braziliya yarışında 16-cı yerdən 3-cü yerə yüksəlmişdi.
Yos Ferstappen: “Onu çox yaxşı tanıyıram. Bir yerdə çoxlu yarışlarda iştirak etdik. Amma Braziliyada etdikləri inanılmaz idi.
Əlavə pit-stop edəndə “Bu yarış artıq bitdi” dedim. Amma daha sonra yarışmağa başladı və daha əvvəl belə şey görməmişdim. Bəziləri Ferstappenin bu performansını Ayrton Sennan;n 1993-cü il Doninqton performansı ilə müqayisə edir. Bilmirəm. Sadəcə inanılmazdır. Onun sürüş tərzini və seçdiyi trayektoriyaları izləsəniz görərsiniz ki, peletonda bunu edən yeganə sürücü idi. Bunu öyrədə bilməzsiniz. Təhlükəsizlik avtomobilinin arxasındakı 6 dövrəyə diqqətlə baxsanız görərsiniz ki, o hər yerdə idi. Elə görünürdü ki, Kimiyə hücum edir, amma o, asfaltla ilişməni yoxlayırdı. Özünü yarışa hazırlayırdı və bunun hesabına 3-cü oldu. Eyni zamanda bolidi də super idarə elədi”.
Yos əlavə edib ki, 4 yarışlıq fasilədən sonra Braziliyaya gəlməsinin səbəbi Toto Volffun zəngi olmayıb: “Qayıtmağımın telefon zənginə aidiyyatı yoxdur. Siz fərqli düşünə bilərsiniz, amma problem deyil. Toto ilə yaxşı münasibətim var. Buna görə də problem yoxdur. O mənim dostumdur. Yazılanlara görə də məyus deyiləm. Maks Formula1 Dünyasına müzakirələr etdirir. Bu Maks üçün də, idman üçün də yaxşıdır”.