Y.Ferstappen: Maks ağıllıdır

F-1.az xəbər verir ki, Yos Ferstappen ikiqat dünya çempionu olan oğlunun ən çox bəyəndiyi xüsusiyyəti barədə danışıb.

Yos Ferstappen: “Bir çoxları düşünür ki, Maks aqressiv sürür, amma mən yarışanda daha da ekstremal hərəkətlər edirdim. Əgər rəqibin yanından keçə bilməsəm, onun üstündən keçirdim. Maks fərqlidir. İndi daha düşüncəli hərəkət edir, irəliyə baxır, manevrlərini əvvəlcədən planlaşdırır. O, nə qədər uzağa gedə biləcəyini, limitin harada olduğunu yaxşı hiss edir. Mən çox xoşlayıram ki, Maks həmişə əlindən gələni edir, həmişə limitdə gedir. İlk məşqin ilk dəqiqəsindən nə edəcəyini bilir. Bunun üçün ona kiminsə təzyiq etməsinə ehtiyac yoxdur. Deyəsən, özü ilə yarışır.

Aqressivdir, lakin digər tərəfdən səliqəlidir və təkərlərlə çox yaxşı işləyir. Onun təkərləri hətta daha çox məsafə qət edəndən sonra da rəqiblərinkindən daha yaxşı görünür. Əvvəllər narahat idim ki, nə vaxtsa rahatlaşacaq, qələbələrin çox asanlıqla gəldiyini düşünəcək, amma belə deyil – bu onun güclü tərəfidir. Son dərəcə motivasiyalıdır.

Maks təzyiqi asanlıqla idarə edir. Başa düşməlisiniz ki, Formula1 haqqında yazan mətbuatın çoxu britaniyalıdır. Jurnalistlər mübahisəli situasiyalarda öz maraqlarını müdafiə edən, qalanlarını tənqid edən britaniyalı sürücülərə diqqət yetirirlər, lakin Maks bununla da əla mübarizə aparır. Bütün bu keyfiyyətləri özündə birləşdirməyi yaxşı bacarır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*