Y.Ferstappen: Həmiltona ancaq hörmət edirəm

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, Həmiltona hörmət etsə də, ona qarşı müsbət düşüncəsi yoxdur.

F-1.az xatırladır ki, bu mövsüm Maks və Lyuis çempionluq uğrunda amansız mübarizə aparırlar. İki sürücü də sonuncu Əbu Dabi yarışına bərabər xallarda başlayacaqlar.

Yos Ferstappen: “Lyuislə danışmaram. O da mənimlə danışmamalıdır. Mən onun üçün heç kiməm. Ona sürücü kimi hörmət edirəm. Bundan başqa heç nə yoxdur. Maks və Lyuis ancaq podiumda söhbət edirlər. O da nadir hallarda. Maksı digər sürücülərlə görənsə düşünürəm ki, onlarla yaxşı yola gedir. Lyuisin isə öz dünyası var.

Mən də Formula1-də yarışdım və Maksdan zəif idim. Ancaq əksər sürücülərlə yenə əlaqəm var və onlar hamısı dostluq etməyi bacarırlar. Çox vaxt birlikdə səyahət edirik. Həmişə eyni adamlar olur və çox əylənirik. Lakin sizə baxmayan və yerə baxan sürücülər var.

Mixael Şumaxer Lyuisdən çox fərqli idi və onunla yaxşı münasibətimiz var idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*