F-1.az xatırladır ki, iki sürücü 2016-2018-ci illərdə Red Bull-da komanda yoldaşı olmuş və daha sonra Daniel komandadan ayrılmışdı. Son mövsümünü McLaren-də keçirən Rikkardo, burada uğursuz nəticələrlə üzləşib. Buna görə də o, mövsümün sonunda McLaren-dən ayrılacaq. Avstraliyalı pilot özünə komanda tapa bilmədiyi üçün gələn il boşda qalacaq.
Yos Ferstappen: “Maks Danieldən çox şey öyrəndi. Rikkardo yaxşı komanda yoldaşı idi və yaxşı yola gedirdilər. Maks o vaxt daha gənc idi və Rikkardo sıralanma turunda daha güclü idi. Məncə, o vaxt Red Bull bolidi onun tərzinə daha uyğun idi. İndi isə Danielin problemləri var. McLaren-in bolidi ona uyğun deyil.
Gənc sürücü hər şeyə daha tez uyğunlaşır. Bir söz var – Yaşlı ağacı yenidən əkmək olmaz. Köhnə nəsil sürücülər – bura mən də daxiləm – illər ərzində bir pilotaj stili formalaşdırır və bunu dəyişdirmək çətindir”.