F-1.az xatırladır ki, Xorxe Lorenso yarışa pouldan başlayıb. İspaniyalı sürücü startda yerini qoruyub, amma birinci dövrənin sonunda, start-finiş düzlüyündə hər iki Ducati sürücüsü (Andrea Yannone və Andrea Dovisyozo) onu keçib.
Bundan sonra Yannone və Dovisyozo ispaniyalı sürücü ilə fərqi artırmağa başlayıblar, amma Yannone qəza etdikdən sonra, Lorenso Dovisyozo ilə fərqi bağlayıb və onu keçərək, yarışı rahatlıqla qazanıb.
Dovisyozo isə yarışı 2-ci yerdə bitirib. Honda komandasının sürücüsü Mark Markes yarışı 3-cü yerdə bitirib. İspaniyalı sürücü yarışın sonunda Dovisyozonu keçib ikinci yerə yüksəlsə də, yarışın son dövrəsində italiyalı sürücü əks hücum ilə Markesi keçərək yarışda ikinci olub.
Valentino Rossi isə yarışboyu Markes və Dovisyoszo ilə yaxın mübarizə aparsa da, hücum etmək üçün boşluq tapa bilməyib və dördüncü yeri tutub.
Dani Pedrosa mövsümün ilk yarışında 5-ci, yarışa 3-cü yerdən başlayan Maverik Vinyales isə 6-cı olub.