Xorvatiyada Elfin Evans liderliyi ələ alıb

Dünən Xorvatiyada Dünya Ralli Çempionatında (WRC) mövsümün 4-cü mərhələsində şənbə günü 8 dopla başa çatıb. Zaqrebin şimalında dar asfalt yollarda sürücülərin problemləri davam edib.

F-1.az xəbər verir ki, cümə gününü öndə başa vuran Hyundai sürücüsü Tyerri Növill Toyota-dan Elfin Evansın sıx təqibinə dözə bilməyib – belçikalı sürücünün 11-ci dopda səhvi mübarizədən kənar qalması ilə yekunlaşıb. Bundan sonra Elvans liderliyi ələ alıb – britaniyalı sürücü heç bir dopda qələbə qazanmasa da, stabil nəticələr sayəsində onu təqib edən Ford-dan Ott Tənakla fərqi 25 saniyənin üzərinə qaldırıb.

Estoniyalı sürücü bir dopda qələbə qazanıb və günün sonunda Hyundai-dən Esapekka Lappi üzərində komfort 30 saniyəlik üstünlük qurub.

Günün yerdə qalan 7 dopunda Toyota-nın çempionları fərqləniblər – cümə günü təkərləri partlayan Sebastyen Ojye və Kalle Rovanpera podiumla fərqli sürətlə qapadıblar. Fransalı 8 qat dünya çempionu 3 dopda fərqlənib və Lappi ilə fərqi bir dəqiqənin altına salıb. Son dünya çempionu isə 4 dopda fərqlənib və Ojyeyə cəmi 2 saniyə uduzur.

Bazar günü mübarizə 4 dopla başa çatacaq. Çox güman ki, ilk üçlük risk etməyəcək – Toyota-nın çempionları isə podiuma düşməyə çalışacaqlar

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*