X.Mantoyya Formula1 çempionlarına canıyananlıq edib

Formula1-in keçmiş sürücüsü Xuan Pablo Mantoyya bildirib ki, onun dünya çempionları Fernando Alonsoya və Lyuis Həmiltona canı yanır – hazırda […]

Formula1-in keçmiş sürücüsü Xuan Pablo Mantoyya bildirib ki, onun dünya çempionları Fernando Alonsoya və Lyuis Həmiltona canı yanır – hazırda bu sürücülər idman karyeralarında yaxşı dövrü yaşamırlar. Yeddi Qran Pridə qalib gəlmiş kolumbiyalı sürücünün Formula1-lə öz hesabı var: onun üçün uğursuz olan 2006-cı ilin ortasında o McLaren-dən getməli olmuş, Amerikaya qayıtmış və indiyə kimi məşhur NASCAR seriyasında çıxış edir…

Xuan Pablo Mantoyya: “Alonso və Həmiltona mən deyirəm ki, bizim kluba xoş gəlmisiniz. Bu gün onların yaşadıqları doğrudan da kədərlidir.

Mən Formula1-də beş yarım mövsüm keçirdim və ruhdan düşdüm. Əvvəl sən mübarizə aparırsan, xoşbəxtsən. Mən sürətli idim, bir neçə poul və bir neçə qələbə qazandım. Arzularım gerçəkləşirdi. Amma iki-üç ildən sonra başa düşürsən ki, komandada vəziyyət başqa cürdür, hər şey yuxarıdan idarə olunur. Qələbə qazanmaq üçün sən konkret komandada çıxış etməlisən. Əgər komanda rəqabətədavamlı olmasa, onda sən heç nə edə bilmirsən: mövsümün gedişində sən heç nə edə bilmərsən.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*