F-1.az xəbər verir ki, daha əvvəl elan edilmiş Lena Buxler və Kərri Şraynerə 16 yaşlı britaniyalı Xloya Qrant qoşulacaq.
Qrant kartinq karyerasına 2013-cü ildə başlayıb. 2017-ci ildə Minimax sinfində ESKC Junior Çempionatının qalibi olub. 2022-ci ildə Xloya Britaniya Formula 4-ə keçib və burada o, 12 yarışın onunda ilk onluğa daxil olaraq, mövsümü doqquzuncu yerdə başa vurub.
Xloya Qrant: “Mən mövsümü ART Grand Prix ilə keçirəcəyim üçün xoşbəxtəm. Bizim ümumi qələbə istəyimiz var və mən bilmək istəyirəm ki, biz birlikdə hansı nəticələrə nail olacağıq. Adımı bu komanda üçün yarışan uğurlu və istedadlı sürücülərin uzun siyahısına əlavə etməkdən şərəf duyuram.
F1 Academy bizə əvvəllər olmayan imkanları açır. Bilirəm ki, ilk mövsümdə rəqabət çox yüksək olacaq. İlk startı səbirsizliklə gözləyirəm!”