F-1.az xəbər verir ki, 15 yaşlı britaniya-kanadalı sürücü Byanca Bustamanteyə yoldaşlıq edəcək.
Çonq kartinq üzrə karyerasına 2013-cü ildə Böyük Britaniyada başlayıb və 2021-ci ildə Rotax Max Euro Trophy və Fransa IAME Kubokunda ilk beynəlxalq kartinq çıxışını edib. 2022-ci ildə Xloya Britaniya Kart Çempionatı X30 Junior Class-da iştirak edib və FİA-nın Girls on Track – Rising Stars müsabiqəsinin finalçısı olub.
Xloya Çonq: “Məni formulalarda ilk mövsümüm gözləyir. Arzum gerçəkləşdi və mən Prema kimi məşhur komandada debüt edəcəyəm. F1 Academy-də möhkəm təməl qurmaq və nəticələr əldə etmək üçün həm sükan arxasında, həm də trasdan kənarda işləməyi səbirsizliklə gözləyirəm”.