Xəyalların komandası – Cordan heyəti açıqladı

Ötən ilin yazından Serxio Peresin gələcək taleyi ilə bağlı söhbətlər gedirdi və bunun da səbəbləri var idi. Azərbaycan Qran Prisi onun son qalibiyyəti, Mayami isə sonuncu dəfə pouldan başladığı yarış olub, bundan sonra meksikalı sürücünün nəticələri kəskin şəkildə aşağı düşüb və Çeko heç vaxt 2023-cü ilin əvvəlində olduğu səviyyəyə çatmayıb.

F-1.az xəbər verir ki, indi çox az adam Peresin Red Bull-da bir mövsümdən çox qalacağına inanır və keçmiş Jordan komandasının qurucusu və keçmiş sahibi Eddi Cordan Maks Ferstappenin komanda yoldaşı kimi görmək istədiyi sürücünün adını açıqlayıb.

Eddi Cordan: “Bu, Aleks Əlbondur, baxmayaraq ki, o, artıq Red Bull-da bir mövsümdən çox yarışıb və bir vaxtlar Pereslə əvəzlənmişdi. Yeri gəlmişkən, formal olaraq hər ikisinin müqaviləsinin müddəti 2024-cü ilin sonunda başa çatır, baxmayaraq ki, Williams, əlbəttə ki, belə effektiv sürücü ilə əməkdaşlığı davam etdirməyə ümid edir və Pereslə bağlı Red Bull hər şeyin onun nəticələrindən asılı olacağına eyham vurur.

Mənim Əlbondan xoşum gəlir. Mən sadəcə düşünürəm ki, əlverişli bir vəziyyətdə o, həqiqətən özünü yaxşı göstərə bilər. Mən onun nə vaxtsa Maksın tərəfdaşı olmaq şansını əldə etməsini istərdim. Düşünürəm ki, o, hər kəsi çox təəccübləndirə biləcək”.

Eddi 19 il əvvəl özünün Jordan komandasını satsa da (onun adı əvvəlcə Midland, sonra Spyker oldu, sonra Force İndia-ya çevrildi, qısa müddət ərzində Racing Point adlandı və indi hamının Aston Martin kimi tanıdığı komandadır), bu gün üçün xəyalların komandasının heyətini açıqlayıb:

“Mən Şarl Leklerin istedadının böyük pərəstişkarıyam və təbii ki, onu belə komandaya dəvət edərdim. Lyuis Həmiltona fikir verməmək çətindir, amma zaman öz təsirini göstərir və yaş onun xeyrinə deyil, ona görə də axtarışa davam edərdim. Mən Fernando Alonso və ya Lyuisi dəvət etməzdim. Mən Lekler və Lando Norrisi seçərdim. İstərdim ki, komandam belə olsun”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*