FİA elan edib ki, yarışın finişindən sonra qəzaya uğramış maşını evakuasiya edərkən zədə almış Kanada Qran Prisinin marşalı Mark Robinson dünyasını dəyişib.
Məlum olub ki, marşalın əlindən ratsiya düşüb və onu götürməyə əyilib, bu zaman elektrokarın sürücüsü onu görməyib. Monrealın Sacre-Coeur hospitalının travmatologiya şöbəsinin həkimlərinin səyinə baxmayaraq, 38 yaşlı marşalın həyatını xilas etmək mümkün olmayıb.
FİA, Formula1-in komandaları və sürücüləri Markın ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı bildiriblər…