Məşhur ekspert Adam Kuper öz bloqunda xəbər verib ki, Force İndia komandasının bu gün təqdim etdiyi VJM06-nın sükanı arxasında Xeresdə Pol di Resta ilə yanaşı Ceyms Rosster də işləyəcək. Kuperin məlumatına görə, 29 yaşlı britaniyalı sürücü rəsmi Formula1 testlərində bir gün bacarığını göstərmək şansı əldə edib.
Rossiter dözümlülük yarışlarında çıxış etməklə yanaşı Force İndia komandasının simulyatorunda işləməklə test sürücü vəzifəsini də icra edir. Amma Ferrari komandasının test sürücüsü Pedro de la Rosadan fərqli olaraq, Ceyms sükan araxsında cəmi yarım gün işləyəcək.
Rossiter hələ 2004-cü ildə BAR komandasının testlərinə cəlb olunmuşdu, 2006-2008-ci illərdə isə Super Aguri və Honda komandalarında çalışmışdı…