Bu gün Xeresdə mövsümöncəsi testlərin ilk sessiyasının son günü başlayıb. İspaniya avtodromu üzərində səma açıqdır, amma hava hələlik soyuqdur, termometrlər cəmi +3 dərəcə istilik göstərirlər.
Bir azdan uzun müddət McLaren komandasının test sürücüsü olmuş Pedro de la Rosa birinci dəfə Ferrari komandasının maşınını trasa çıxaracaq. Bundan başqa Force İndia komandasında vakant yerə əsas namizədlərdən biri olan Jül Byankinin çıxışını hammı diqqətlə gözləyir.
Tribunalara toplaşan azarkeşlər trasda bu gün Sebastyan Fetteli (Red Bull), Pedro de la Rosanı (Ferrari), Serxio Peresi (McLaren), Kimi Rəykköneni (Lotus), Lyuis Həmiltonu (Mercedes AMG), Esteban Qutyerresi (Sauber), Jül Byankini (Force İndia), Valtteri Bottası (Williams), Jan Erik Verni (Toro Rosso), Şarl Piki (Caterham) və Luis Razianı (Marussia) görəcəklər…