Auto Motor und Sport yazır ki, Xeres testlərinin sonuncu günü Ferrari komandası maraqlı bir yeniliyi yoxlayıb. Pedro de la Rosanın idarə etdiyi maşının burun elementinin altında əlavə hava kanalı yerləşdirilib, nəticədə F138 qeyri-adi köpək balığına oxşayıb.
Baxmayaraq ki, hava kanalının ölçüləri çox böyükdür, amma onu görmək elə də asan deyil – kanalı kölgə hissədədir və qara rəngə boyanıb. Çox güman ki, Skuderiya öz yeniliyini erkən mərhələdə gizlətməyə çalışıb. “Köpək balığının ağzını” yalnız şəkilləri əlavə filtrlərdən keçirdikdə seçmək mümkündür.
Digər komandaların maşınlarında belə bir element yoxdur, ona görə də onun təyinatı aydın deyil. Almaniyalı jurnalistlər bu hava kanalının istifadəsinin üç mümkün versiyasını irəli sürüblər.
Birincisi, bu elementin köməyi ilə hava axını maşının yuxarısına qovulur və kokpit ətrafında hava axını stabilləşir. Anoloji məqsəd üçün, amma tam fərqli aerodinamik elementlər Red Bull və Sauber maşınlarında da var.
İkincisi, bu element soyutma sistemi üçün əlavə hava kanalıdır, keçən il Red Bull maşınlarında buna oxşar kanal var idi. Amma RB8-də kanal burunun üzərində, pillə hissədə idi.
Üçüncüsü, Ferrari passiv DRS sistemi hazırlayıb, məhz bu elementin köməyi ilə sistem müəyyən sürət altında aktivləşir.
Çox güman ki, daha dəqiq məlumatı beş gündən sonra başlayacaq Barselona testlərində ala biləcəyik, şübhəsi, maşının bu hissəsi fotoqrafların və mütəxəssislərin diqqət mərkəzində olacaq…