Xeres, 5 mart

Xeres testlərinin son günü Nik Haydfeld ən sürətli sürücü olub, alman sürücü həm də BMW F1.09-un sükanı arxasında günün ən […]

Xeres testlərinin son günü Nik Haydfeld ən sürətli sürücü olub, alman sürücü həm də BMW F1.09-un sükanı arxasında günün ən böyük məsafəsini qət edib – 123 dövrə. Nik ikinci yeri tutmuş Kimi Rəykköneni 0.3 saniyə qabaqlaya bilib. Ferrari bu gün motorun və ötürmələr qutusunun etibarlılığı ilə, müxtəlif təkər tərkiblərinin davranışının öyrənilməsi iləvə bəzi aerodinamik elementlərin effektliyinin qiymətləndirilməsi ilə məşğul olub.

Sonuncu dünya çempionu Lyuis Həmilton günün liderinə 1 saniyə uduzaraq üçüncü olub. Lyuis son dövrəsində döngələrin birində maşına nəzarəti itirib və maşın qoruyucu divara çırpılıb. Maşının zədələnməsəi ciddi olduğundan komanda testləri vaxtından əvvəl dayandırmalı olub. Sonrakı yerləri Mark Uebber (Red Bull) və Kazuki Nakacima (Williams) tutublar, sonuncu nəticəni isə Yarno Trulli göstərib. İtaliyalı sürücü cəmi 38 dövrə vurub və porebriklərdən birinin üzərində ön antiqanadı zədələyib.

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. N.Haydfeld BMW Sauber BMW 1:20.052 123
2. K.Rəykkönen Ferrari Ferrari + 0:00.352 112
3. L.Həmilton McLaren Mercedes + 0:01.220 58
4. M.Uebber Red Bull Renault + 0:02.167 47
5. K.Nakacima Williams Toyota + 0:02.174 54
6. Y.Trulli Toyota Toyota + 0:03.067 38

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*