Bu gün Xeresdə yağış bir neçə dəfə sürücüləri narahat edib, amma əsas problem güclü külək olub. Protokollara Fernando Alonso başçılıq edib, ispan sürücü 129 dövrə vurub və Kimi Rəykköneni 0.3 saniyə qabaqlaya bilib. Finlandiyalı sürücü səhər uzun dövrələr seriyası edib, nahardan sonra isə maşının etibarlılığını yoxlaylıb. Nik Haydfeld isə üçüncü olub. Alman sürücü yeni maşının mexaniki sazlanmaları ilə məşğul olub.
Yarno Trulli günü dördüncü yerdə başa vurub, italiyalı sürücü 131 dövrə qət edib. Mark Uebber isə beşinci, Kazuki Nakacima isə altıncı yeri tutublar. Testlərə bu gün qatılan dünya çempionu Lyuis Həmilton yalnız yeddinci yerlə kifayətlənib. Sonuncu yeri isə Adrian Sutil tutub.
Axşam Force İndia və Renault komandaları avadanlıqlarını yığışdırıb bazalarına qayıdıblar, qalan altı komanda sabah testləri davam etdirəcək…
Nəticələr belə olub:
Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
1. F.Alonso | Renault | Renault | 1:19.945 | 129 |
2. K.Rəykkönen | Ferrari | Ferrari | + 0:00.305 | 104 |
3. N.Haydfeld | BMW Sauber | BMW | + 0:00.575 | 98 |
4. Y.Trulli | Toyota | Toyota | + 0:00.595 | 131 |
5. M.Uebber | Red Bull | Renault | + 0:00.949 | 107 |
6. K.Nakacima | Williams | Toyota | + 0:01.003 | 83 |
7. L.Həmilton | McLaren | Mercedes | + 0:01.357 | 70 |
8. A.Sutil | Force İndia | Mercedes | + 0:01.466 | 79 |