Xeres, 28 yanvar

Quru. Buludlu. Havanın temperaturu +6°-14° C, trasın temperaturu +6°-21° C Yeni maşınların hazırlanmasına həsr olunmuş mövsümlərarası fasilə arxada qalıb, bu […]

Quru. Buludlu. Havanın temperaturu +6°-14° C, trasın temperaturu +6°-21° C

Yeni maşınların hazırlanmasına həsr olunmuş mövsümlərarası fasilə arxada qalıb, bu gün isə yeni reqlament üzrə yeni mövsüm başlayıb. Bu il qaydalar çox ciddi dəyişib, konstruktorlar yeni layihələrə ağ vərəqdən başlamaq şansı əldə ediblər və yanvarın 28-də Xeresdə ilk testlər start alıb…

Səhər üç komanda yeni maşınını təqdim edib – Mercedes AMG, Red Bull və Force İndia, Caterham komandası da səhərə mərasim planlaşdırsa da, maşın yalnız test gününün sonunda trasa çıxıb, axşam isə komanda jurnaslitlərə yeni maşının relizlərini paylayıb.

İki komanda testlərdə iştirak etməyib. Lotus hələ əvvəldən elan etmişdi ki, Xeres testlərinə qatılmayacaq – komanda aerodinamik boruda işləməyə üstünlük verərək Bəhreyndə baş tutacaq son iki test seriyasına hazırlaşır. Marussia komandası isə texniki problemlərlə üzləşib və maşını bazada saxlamalı olub, amma bu gün axşama yaxın məlum olub ki, maşın artıq Xeresə göndərilib.

Digər komandalar isə standart proqramla işə başlayıblar – baza yoxlanmaları və əsas sistemlərin işləməsinə nəzarət. Trasa birinci olaraq Lyuis Həmilton yeni Mercedes W05-in sükanı araxsında çıxıb – komanda keçən həftə Silverstounda çəkiliş günü çərçivəsində maşını artıq yoxlamışdı, ona görə də Xeresdə dərhal işə başlayıb.

test1-2
Amma testlərin ilk günü komanda üçün uğurlu alınmayıb – düz yolda ön antiqanad bərkidildiyi yerdən qopub, maşın idarəetməni itirib, trasdan çıxıb və qoruyucu baryerlərə çırpılıb. Bununla da Lyuisin işi başa çatıb – yeni antiqanad Xeresə ancaq sabah çatacaq, sükan arxasında isə Niko Rosberq çalışacaq.

Birinci qırmızı bayarqların dalğalanmasına isə Kimi Rəykkönen səbəb olub – yeni F14 T trasdakı ilk dövrəsini başa vurmayıb, mexaniklər motordan siqnal almadıqları üçün ehtiyat baxımından sürücüdən maşını saxlamağı xahiş ediblər.

Testlərin ikinci saatı başa çatdıqdan sonra Serxio Peresin maşını trasda dayanıb. Növbəti qırmızı bayarqlar Lyuis Həmiltonun qəzasından sonra göstərilib. Toro Rosso-nun sürücüsü Jan Erik Vern marşalları daha bir dəfə qırmızı bayraq çıxarmağa məcbur edib.

test1-3
Komandalardan heç biri problemsiz ötüşməyib, amma testlərin məqsədi məhz problemləri müəyyən edərək aradan qaldırmaqdır. Bəzi maşınlar yalnız nahardan sonra trasa çıxa biliblər. McLaren komandası isə bu gün heç debüt edə bilməyib – kiçik bir detalın səhv yığılması bütün şassinin sökülərək yenidən yığılması ilə nəticələnib.

Günün ən böyük məsafəsini Kimi Rəykkönen qət edib, elə ən sürətli nəticəni də finlandiyalı sürücü göstərib və ilk testlərin protokollarına başçılıq edib. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 K.Rəykkönen Ferrari Ferrari 1:27.104 31
02 L.Həmilton Mercedes AMG Mercedes 1:27.820 + 0:00.716 18
03 V.Bottas Williams Mercedes 1:30.082 + 0:02.978 7
04 S.Peres Force İndia Mercedes 1:36.530 + 0:09.426 11
05 J.E.Vern Toro Rosso Renault 1:38.434 + 0:11.330 15
06 E.Qutyerres Sauber Ferrari 1:42.257 + 0:15.153 7
07 S.Fettel Red Bull Renault 3
08 M.Erikson Caterham Renault 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*