İsti Bəhreynin əvəzinə soyuq Avropada qalan komandaların bəxti bu gün daha çox gətirib. Ferrari, BMW Sauber və Toyota komandalarının personalı maşın və avadanlıqları qum fırtınasından qoruduqları halda Xeresə toplaşan beş komanda soyuq, amma günəşli havadan faydalanıblar. Protokollara adət etdiyimiz kimi Sebastyen Buemi başçılıq edib, keçid şassisində isveçrəli sürücü 143 dövrə vurub və dünənki nəticəsini iki saniyə yaxşılaşdırıb.
Yeni maşınlarla işləyən sürücülər arasında isə Heykki Kovalaynen birinci olub, finlandiyalı sürücü maşının sazlanması üzrə dünən başladığı proqramı davam etdirib və KERS-in işləməsini yoxlaylb. Hə maşında, nə də KERS-də heç bir problem yaşanmayıb, amma McLaren keçən testlərdə olduğu kimi arxa antiqanadın keçənilki versiyasından istifadə edib – rəsmi mətbuat relizində komanda xəbər verib ki, trasın konfiqurasiyasına uyğun yüksək asfalta yatma qüvvəsi tələb edən qanad hələ hazır deyil.
Red Bull Mark Uebber üçün yoxlama təşkil edib, səhər avstraliyalı sürücü keçənilki qəzasından sonra ilk dəfə sükan arxasına oturub. Bir neçə dövrə vurduqdan sonra Uebber boksa qayıdıb, komanda ilə proqramı davam etdirməyi müzakirəe tdikdən sonra trasa qayıdıb, günün sonuna kimi o 83 dövrə vurub. Sebastyan Fettel sükan arxasına oturmağa hazır olsa da onun köməyinə ehtiyac olmayıb.
Kazuki Nakacima mövsümdə ilk dəfə Williams FW31-in sükanı arxasında tam test proqramını işləyib, Portimaoda yapon sürücünün işinə yağış mane olmuşdu, amma bu gün Kazuki 125 dövrə vurub və dördüncü nəticə göstərib. Nelsinyo Pike günün ən az məsafəsini qət etməklə yenə də sonuncu olub. Bu gün yeni Renault R29 yenə də nasazlıq üzündən trasda dayanıb. Renault komandası gələn həftə üçün Bartselonada planlaşdırdığı testlərdən imtina edib və bazada maşın üzərində işini davam etdirəcək.
Nəticələr belə olub:
Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
1. S.Buemi | Toro Rosso | Ferrari | 1:17.591 | 143 |
2. H.Kovalaynen | McLaren | Mercedes | + 0:03.208 | 110 |
3. M.Uebber | Red Bull | Renault | + 0:03.730 | 83 |
4. K.Nakacima | Williams | Toyota | + 0:03.860 | 125 |
5. N.Pike | Renault | Renault | + 0:04.317 | 49 |