Əgər Ferrari, BMW Sauber və Toyota risk etməkdən qaçaraq Bəhreynə üz tutublarsa, çempionatın qalan komandaları Xeresdə qalmağa üstünlük veriblər – qış testlərində bazaların yaxınlığı komponentlərin seçimində müəyyən azadlıq verir. Hava proqnozu isti və günəşli hava vəd etsə də trasa azmüddətli yağış yağıb, amma nahardan sonra günəş çıxıb və tras tezliklə quruyub…
Toro Rosso-dan başqa bütün komandalar Xeresə yeni maşınlarla gəliblər, STR3 üçün isə bu testlər sonuncu olacaq – növbəti testlər seriyasına komanda yeni maşınla qoşulacaq. Sükan arxasına Sebastyen Buemi oturub və günün ən yaxşı nəticəsini göstərib. Komanda sazlanmalarla və asılqanlarla işləyib, həmçinin yeni Ferrari motorunun etibarlılığı yoxlanılıb. İsveçərli sürücü səhər Bridgestone-un yumşaq sliklərilə, yağış başlayanda keçid təkərlərlə, sonra isə yağış təkərləri ilə işləyib. Sabah Buemi işini davam etdirəcək.
Yeni maşınlarla işləyən sürücülər arasında isə birinci Sebastyan fettel olub, dünən təqdim olunmuş RB5 ən sürətli olsa da, dünən olduğu kimi maşın trasda dayanıb. Dünən buna səbəb ötürmələr qutusunda yağın qızması olubsa, bu gün qutunun elementlərindən biri imtina edib. Protokollarda üçüncü sətri Williams-ın test pilotu Niko Hülkenberq tutub, Heykki Kovalaynen yeni MP4-24-ün sükanı arxasında ilk test günündə dördüncü olub. Nelsinyo Pike isə yeni R29-un sükanı arxasında əvvəlki testlərdə olduğu kimi yenə də sonuncu yeri tutub, braziliyalı sürücü cəmi 35 dövrə vurmaqla Fettelə 1 saniyədən çox uduzub.
Nəticələr belə olub:
Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
1. S.Buemi | Toro Rosso | Ferrari | 1:19.660 | 104 |
2. S.Fettel | Red Bull | Renault | + 0:02.517 | 61 |
3. N.Hülkenberq | Williams | Toyota | + 0:02.783 | 82 |
4. H.Kovalaynen | McLaren | Mercedes | + 0:02.974 | 60 |
5. N.Pike | Renault | Renault | + 0:03.653 | 35 |