Baharın ilk günü Xeres mövsümöncəsi testlərində çempionatın səkkiz komandası bir araya gəlib. Avstraliya Qran Prisinə dörd həftədən az vaxt qalıb və bütün komandalar testlərə yeni maşınlarla gəliblər. Səhər isə McLaren Mercedes aqreqatları qoyulmuş yeni Force İndia VJM02 maşını debüt edib, ona görə də qarşıdakı günlər qüvvələr nisbətini müəyyən etmək üçün maraqlı olacaq. Hava proqnozu yağış vəd etsə də, trasa bir neçə dəfə kişik yağışlar yağıb və testlər demək olar ki, dayanmayıb. Ən yaxşı nəticəni isə Sebastyen Fettel göstərib – Red Bull sürücüsü 87 dövrə vurub və rəqiblərindən bir saniyədən çox sürətli olub.
İkinci yeri Felipe Massa tutub. Ferrari yeni maşını birinci dəfə Xeresə gətirib, komanda sazlanmalarla və etibarlığın yoxlanması ilə məşğul olub. Braziliyalı sürücü 63 dövrə vurub, lakin bir neçə dəfə qırmızı bayraqları dalğalandırmağa səbəb olub. Günorta felipe trasdan çıxıb və qınqıllı sahədə ilişib qalıb. Sabah Felipe yenidən sükan arxasına oturacaq. Toyota TF109-un sükanı arxasında komandanın test sürücüsü Kamui Kobayaşi işləyib və 79 dövrə vurduqdan sonra yapon sürücü protokollarda üçüncü sətri tutub. Sabah onu Timo Qlok vəvz edəcək.
Niko Rosberq dördüncü olub. Beşinci yeri tutmuş Robert Kubitsanın maşınında telemtrik göstəricilərə əsasən mexaniklər motoru dəyişməyi qərara alıblar, polşalı sürücü trasa qayıtdıqdan sonra isə yağış başlayıb və komanda nəzərdə tutduğu təkər testlərindən imtina etməli olub və sazlanmalarla, start proseduru üzərində işləyib. Cankarlo Fizikella yeni Force İndia VJM02-nin sükanı arxasında altıncı nəticə göstərib və artıq “ana komanda” sayılan McLaren-in test pilotu Pedro de la Rosanı qabaqlayıb. Protkollarda sonuncu sətri isə Nelsinyo Pike tutub…
Nəticələr belə olub:
Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
1. S.Fettel | Red Bull | Renault | 1:19.055 | 87 |
2. F.Massa | Ferrari | Ferrari | + 0:01.275 | 63 |
3. K.Kobayaşi | Toyota | Toyota | + 0:01.644 | 79 |
4. N.Rosberq | Williams | Toyota | + 0:02.116 | 71 |
5. R.Kubitsa | BMW Sauber | BMW | + 0:02.237 | 47 |
6. C.Fizikella | Force İndia | Mercedes | + 0:02.529 | 31 |
7. P.de la Rosa | McLaren | Mercedes | + 0:02.776 | 94 |
8. N.Pike | Renault | Renault | + 0:02.956 | 52 |