Xaotik yarışda Fershordan növbəti qələbə

Avstriyada gənc sürücülərin Formula2 çempionatında mövsümün 8-ci mərhələsi əsas yarışla başa çatıb.

Qurumaqda olan trasa bəzi sürücülər keçid təkərləri ilə çıxsalar da, startda quru təkərləri ilə olan sürücülər üstünlük qazanıblar. Onlara bir qədər startdan sonra dərhal trasa çıxan Təhlükəsizlik Maşını da kömək edib.

Nəticədə TM trasdan gedən kimi Trident komandasının niderlandlı sürücüsü Riçard Fershor liderliyi ələ keçirib və rəqiblərindən uzaqlaşmağa başlayıb. Yağış təkərləri ilə start alanlar isə lütləvi şəkildə boksa tələsiblər.

Quru təkərlərlə başlayanlar isə planlı və məcburi pit stopdan sonra geri düşsələr də, daha təzə təkərlər sayəsində trasda sürətli olublar.

Yarış tras hüdudlarının pozulmasına görə 5 saniyəlik cərimələrlə zəngin olub, ona görə də finişdən sonra cərimələrin tətbiqini gözləmək lazım gəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*