Xalvermə qaydalarına yenidən baxıla bilər

Formula1 Komissiyası yarış yaşıl bayraq altında bitərsə, sürücülərə tam xal almağa imkan verən qaydanı dəyişdirməyi planlaşdırır.

F-1.az xatırladır ki, bu il Yaponiya Qran Prisində maraqlı vəziyyət yaranmışdı. Yarışın 75%-dən az məsafəsi keçilmiş və yaşıl bayraqlar altında sürücülər finiş xəttini keçmişdilər. Yarışın qalibi Maks Ferstappen və komandası da daxil olmaqla, hamı onun 25 yox, 19 xal alacağını gözləmişdi. Lakin yarışdan dərhal sonra məlum olmuşdu ki, natamam xallar yalnız yarış yarımçıq dayandırıldıqda verilir. Beləliklə, heç kəsin gözləmədiyi halda, niderlandlı sürücünün çempionluğu rəsmiləşdirdiyi elan edilmişdi.

Gələn mövsümə qədər mübahisəli qaydanın aradan qaldırılacağı, istənilən halda yarış məsafəsinin 75 faizini qət edə bilməyən sürücülərə xalların tam verilməyəcəyi gözlənilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*