Toro Rosso komandası daha bir yarışda xal toplamağa müyəssər olub, bu dəfə də çempionatın ən gənc sürücüsü Xayme Algersuari fərqlənib. Yarışın gedişində pit-leyndən keçməklə cərimələnən Xayme finiş xəttinin onuncu keçə bilib…
Xayme Algersuari: “Mən xal qazanmağa çox şadam, hərçənd, yarış çətin alındı – pit-stopda təkər qaykasına görə ləngidim və Çandhokla toqquşmaya görə cərimə aldım. ərçənd, səhvlər də yarışların bir hissəsidir. Yaxşı ki, mən əla start almışdım, bir çox rəqiblərimi qabaqlamışdım, yalnız bu halda yaxşı nəticəyə ümid etmək olur. Məndən yavaç olan maşınları qabaqlamaq isə olduqca çətin idi, onlar mənə yol verməyə hazırlaşmırdılar. Mən onuncu yerdən razıyam, hərçənd, daha yaxşı çıxış edə bilərdim.”