F-1.az xatırladır ki, Ferstappen Barselona yarışından etibarən Red Bull komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, Ferstappenin komanda yoldaşı Karlos Sayns ilə arası pis idi. Buna görə də komanda rəhbərliyi komandanın mühəndis heyətini yenidən yığmaq qərarına gəlib.
Qeyd edək ki, Puxolar Jaguar, Hispania və Williams komandalarında işlədikdən sonra Toro Rosso-ya transfer olmuşdu.
Deyilənə görə, Rusiya yarışı vaxtı Puxolar ilə Toro Rosso komandasının rəhbəri Frants Tost arasında anlaşılmazlıq olub və ayrılığın da səbəbi budur.
Ferstappen də sabiq yarış mühəndisinin ayrıldığını təsdiq edib.