F-1.az xatırladır ki, Alfa Romeo mövsümü 6-cı yerdə bitirib. Lakin onlar əksər yarışlarda mübarizəni vaxtından əvvəl dayandırıblar. Hətta, Kanadadan sonra İtaliyada xal ala biliblər.
Xevi Puxolar: “Məncə, Alpine və McLaren bir addım öndədir. Aston Martin-lə aramızda fərq az idi, amma Alpine və McLaren-ə çatmaq üçün bir addım atmalıyıq. Gələn mövsüm üçün bunun üzərində işləyəcəyik.
Son yarışlarda performansımız yaxşı olsa da, inkişaf etməliyik. Yarış tempi, startlar, ilk dövrə və digər sahələrdə bir az geridəyik. Gələn il üçün bunları təkmilləşdirəcəyik”.