F-1.az xatırladır ki, iki sürücü 2001-2004-cü illərdə komanda yoldaşı olmuş və hər iki sürücü də bir-birlərinə yaxın performans göstərmişdi. Kolumbiyalı pilot daha sonra McLAren-ə keçmiş və orada Kimi Rəykkönenlə komanda yoldaşı olmuşdu.
Xuan Pablo Montoya: “Çox güclü idi. İnsanların düşündüyündən daha sürətli idi. Hər trasda performansı güclü idi. Xeresdəki il testimiz xatırlayıram. Onun tempinə cavab verməkdə çətinlik çəkirdim. Çox sürətli idi və ona yaxınlaşanda daha da qüvvətli olurdu.
Kimi yarış tempində daha güclü idi. Hər ikisi də sürətli idi. Kimi o dövrlər hər gün qonaqlıqlar və şənliklər təşkil edirdi. Ralfın ən pis cəhəti o idi ki, uduzanda özündən şübhələnirdi və sonda depressiyaya düşürdü”.