F-1.az xatırladır ki, kolumbiyalı sürücü 2001-2006-cı illərdə Formula1-də yarışmış və qələbələr qazanmışdı.
Xuan Pablo Montoya: “2006-cı ildə ayrılanda Formula1-in dəftəri mənimçün birdəfəlik bağlandı. Çünki orada mənimçün yaxşı olan heç nə yox idi. NasCar-dan Chip Ganassi ilə beşillik müqavilə bağlamışdım və bu qərarıma görə heç vaxt peşman olmadım. Daha sonra Berni Ekklstoun mənə zəng etdi və fikrimi dəyişmək istədi, amma Avropaya qayıtmaq istəmirdim. O da mənə təşəkkür etdi.
Mixael Ferrari-də olmasa, orada yarışardım. Çünki Ferrari gözəl komanda idi və hələ də güclüdürlər. O vaxt Şumaxer 1 nömrəli sürücü idi və onun yanına gələnlər iki nömrə olurdular. Bu isə mənə uyğun deyildi.
Kimi ilə aramızda problem yox idi. Onunla söhbət etmək çətin idi. Toplantılar edirdik, amma yaxın münasibət qurmurdu”.