F-1.az xatırladır ki, Williams komandası keçən ilin İtaliya yarışında kor bağırsağından problem yaşamış Aleksander Elbonu Formu E Çempionu Nik de Frizlə əvəz etmiş və niderlandlı sürücü Montsada karyerasının ilk Formula1 yarışında xal qazanmışdı.
Nikin bu uğurundan təsirlənən AlphaTauri komandası onu Pyer Qaslinin əvəzinə gətirsə də, 28 yaşlı pilot gözləntiləri qarşılaya bilmir. O, çıxdığı 5 yarışdan da xal qazana bilməyib və hazırda turnir cədvəlinin zirzəmisindədir. Belə olan halda mətbuat da ona çox yüklənir. Red Bull şirkəti də gənc sürücüyə özünü göstərməsi üçün 3-4 yarış vaxt verib.
Xuan Pablo Montoya: “Formula1-ə gəlmək asan deyil. Buna görə də De Frizin bir az vaxta ehtiyacı var. Avropa mövsümü başlayanda və tanıdığı traslara qayıdanda onun vəziyyəti düzələcək. Hazırkı təqvim onu çətinə saldı. Mövsüm başlayan kimi bir neçə çətin trasda yarışdı. Düşünürəm ki, tanıdığı traslara qayıdanda daha yaxşı performans göstərəcək.
Lakin Formula1 elədir ki, orada həmişə yaxşı performans göstəməlidiniz. O da bir az performans göstərə bilib. Buna görə vaxt verilməlidir”.
Xatırladaq ki, Montoya 2001-2006-cı illərdə Formula1-də yarışıb və yarış qələbələri qazanıb.