F-1.az xatırladır ki, ispaniyalı sürücü ilk beş yarışın 4-də podiuma yüksəlib və hazırda 75 xalla üçüncü yerdədir. Bu isə ikiqat Dünya Çempionunun son 10 ildə göstərdiyi ən yaxşı performansdır, çünki artıq Aston Martin kimi güclü maşını var.
Xuan Pablo Montoya: “Hamının onun haqqında danışması mənə gülməli gəlir. Sözün açığı, Fernando əvvəlki kimi sürür. Çox şey dəyişməyib. Sadəcə artıq daha güclü maşını var və bunun üstünlüyündən istifadə edir. Çox yaxşı iş görür və hamını arxasına alıb. Bunu görmək çox gözəldir”.
Qeyd edək ki, ispaniyalı sürücü bu mövsüm Ferstappendən sonra ən çox podiuma yüksəlmiş iki sürücüdən biridir.