X.P.Montoya: Ləns komfort zonasından çıxmalıdır

Keçmiş F1 sürücüsü düşünür ki, Ləns Stroll yüksək potensiala malikdir, lakin komfort zonasını tərk etmədiyi üçün onu aça bilmir.

F-1.az xəbər verir ki, Montoyanın fikrincə, Lənsin özünü göstərməsinin yolu komfort zonanı tərk etməkdən keçir.

Xuan Pablo Montoya: “Təsnifat mərhələsində Ləns bəzən çox sürətli olur, amma nəticə əldə etmək həqiqətən vacib olanda bir az sürətdən məhrum olur. Bununla belə, o, son illərdə xeyli inkişaf edib və düşünürəm ki, Fernando ilə yarışmaq daha da yaxşı olmasına və inkişaf etməsinə köməklik göstərəcək.

O, insanların düşündüyündən qat-qat yaxşıdır – çoxları onun bacarıqlarını olduğundan az qiymətləndirirlər. Bununla belə, özünü irəliyə doğru çəkməsi üçün kimsə lazımdır. Ləns rahatlıq zonasından çıxmalıdır”.

Xatırladaq ki, kanadalı sürücü bu mövsüm bütün yarışlarda təcrübəli komanda yoldaşından geri qalıb və sonuncu Monako Qran Prisində qəza edən yeganə sürücü olub. Hazırda 6 yarışdan sonra hesabında 27 xal var və səkkizinci yerdədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*