X.P.Montoya: Lekler Ferstappenlə eyni səviyyədə deyil

F-1.az xəbər verir ki, sabiq F1 pilotu mövsümün ilk hissəsində çempionluq mübarizəsi aparan Şarl Lekler ilə Maks Ferstappeni müqayisə edib.

Xuan Pablo Montoya: “Şarlın Maksla eyni səviyyədə olduğunu düşünmürəm. Məncə, Şarl çox yaxşı yarışçıdır, lakin Maks daha təcrübəlidir. Üstəlik, daha çox qqələbə qazanıb, iki titul əldə edib və üzərində təzyiq azdır. Beləliklə, onun üçün hər şey birinci titulu üçün can atan Şarldan daha asandır. Əslində, Karlos Sayns maşını hiss etsə, əla çıxış edə bilər. Köhnə maşınlarla keçən mövsümdə o, Leklerki qabaqlayırdı.

Çox şey pilotun nə qədər rahat olmasından asılıdır. Məsələn, Peres Maksdan bir neçə yarışda sürətli idi, amma o, daha güclüdür? Deməzdim. Çeko da yaxşı pilotdur, lakin Maks səviyyəsində deyil, sadəcə həmin yarışlarda maşın ona daha çox uyğun gəlirdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*