F-1.az xatırladır ki, Williams komandası polşalı sürücüyə Əbu Dabidə test etmək imkanı verib və testin nəticəsinə əsasən 33 yaşlı sürücünün transfer məsələsinə baxacaqlar.
Xuan Pablo Montoya: “Bu xəbərlərin zarafat olduğunu düşünürdüm. İnanmıram ki, Robert yarışlara 100 faiz hazır olsun. İndi bolidlər çox sürətlidirlər. Bu təzyiqə tab gətirmək asan olmayacaq. Kubitsa yarışdığı dövrlərdə çox güclü idi və qayıdandan sonra eyni formada olarmı, bilmirəm. Yenə də bu onun qərarıdır və hörmət etməliyik. Onu yaxından izləyəcəm. İdmana qayıtdıqdan sonra necə performans göstərəcəyi mənə maraqlıdır”.