X.Mir Suzukini anlamır

2020-ci ilin MotoGP üzrə Dünya Çempionu Xoan Mir düşünür ki, Suzuki idmandan ayrıldığı üçün peşman olacaq.

F-1.az xatırladır ki, Suzuki 2020-ci ildə Mir ilə Dünya Çempionu titulunu qazansa da, may ayında İspaniya yarışından sonra idmandan gedəcəklərini açıqlamışdılar. Bunun səbəbi isə maliyyə problemləri idi. Lakin yaponiyalılar son iki yarışda Rins ilə qələbələr qazanıblar.

Xoan Mir: “Suzuki ilə son yarışa çıxmaq emosiyanaldır. Məncə, idmandan getdikləri üçün peşman olacaqlar. Lakin belə qərar veriblərsə, deməli vacib səbəbi var. Mənim üçün etdiklərinə görə onlara təşəkkür edirəm. Həmişə mənə dəstək oldular.

Suzuki bəlkə də, başqa seriyalara sərmayə qoymaq istəyir, amma MotoGP-də qazandığınız imici başqa yerdə qazana bilməzsiniz. Niyə belə etdilər, anlamıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*