F-1.az xatırladır ki, ispaniyalı sürücü son 4 mövsümdə Suzuki-də yarışmış və yaponiyalı istehsalçının idmandan ayrılmasından sonra Honda ilə anlaşmışdı. Lakin onun işi asan olmayacaq, çünki son illərdə Honda-da yarışmış Xorxe Lorenso, Aleks Markes və Pol Esparqaro motosikletə uyğunıaşmaqda çətinlik çəkiblər.
Xoan Mir: “Honda-ya transfer olmaq mənim üçün yeni meydan oxumadır. Bu komandada yarışmağı uzun illərdir ki, xəyal edirdim. İndi uğurlu olmaq üçün əlimizdən gələni etməliyik.
Qış bizim üçün çətin keçdi. Karyeranızın əvvəlindən tamamilə fərqli motosiklet sürdükdən sonra yeni komandaya keçmək və 0.1 saniyə vaxt qazanmaq asan deyil. Bunun üçün yavaş-yavaş təkmilləşitrk və daha güclü olmağa çalışırıq”.