F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il Suzuki komandasında çıxış etmiş, amma yapon təmsilçisinin çempionatı tərk etməsi ilə Honda-ya keçmişdi. Lakin müqaviləyə görə il sonuna qədər sürücülər yeni komandalarının rənglərində motosiklet sürə bilməzlər. Buna görə də həm kombinezonlar, həm də motosikletlər qara rəngdə olur.
Xoan Mir 2018-ci ildə karyerasına başladıqdan sonra ancaq Suzuki-də çıxış etmişdi. Yəni ki, 2020-ci ilin Dünya Çempionu ilk dəfə honda motosikleti sürəcək.
Qeyd edək ki, 2022-ci il ispaniyalı sürücü üçün çətin keçmişdi. O, il ərzində çoxlu səhv və qəza edərək, podiuma belə yüksələ bilməmişdi.