F-1.az xatırladır ki, ispaniyalı sürücü Sepanqdakı qış testlərini 12-ci yerdə bağlayıb və komanda yoldaşı Markesdən 0.1 saniyə geridə qalıb.
Xoan Mir: “Testlərdən xoşbəxt şəkildə ayrılıram. Üç gün ərzində çox şey öyrəndim və Honda-nın məndən istədiyi performansı göstərdim.
Belə sürməkdən həzz aldım. Hər gün vəziyyətim daha da yaxşılaşır. Bu prosesdən həzz alıram. Belə olan halda hər şey daha asan başa gəlir və dövrəvi nəticələr daha sürətli olur.
Yenə də Ducati və Aprilia-ya çox uduzuruq. Önə doğru addım atmalıyıq. Əlbəttə, motosikletin gücünü öyrənmək üçün komanda yoldaşınızın nəticələrinə baxırsınız, ancaq ikimiz də Ducati-yə çatsaq, sevinərəm”.