F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın ilk dövrəsində Fabio Kuartararo ilə təmas yaşayıb. Fransalı sürüc übu təmasdan sonra gerilərə düşüb. O sonradan 10-cu yerə qədər yüksəlsə də, sprint yarışında ilk 9 sürücüyə xal verildiyindən xalsız qalıb.
İnsident stüardlar tərəfindən araşdırılıb və onlar qərara gəliblər ki, Mir çox məsuliyyətsiz davranıb və Kuartararonun yarışına zərər vururb. Buna görə də 2020-ci ilin Dünya Çempionuna uzun dövrə cəzası verilib.
Honda bu cəzaya etiraz etsə də, stüardlar bu etirazı rədd ediblər və cəza qüvvədə qalıb.