F-1.az xatırladır ki, ispaniyalı sürücü Suzuki-nin idmandan ayrılmasından sonra Honda-ya keçsə də, heç də ürəyincə nəticələr qazana bilməyib.
2020-ci ilin Dünya Çempionu bu il sadəcə 5 xal qazana bilib. O, sadəcə Portuqaliya yarışında finişə çatıb. Qalan yarışlarda isə qəza edərək, mübarizəni yarıda saxlayıb. Mir Britaniya yarışında geri qayıtsa da, yenə yıxılıb.
Xoan Mir: “Çətin idi, amma hazırda başqa mərhələdəyəm. Mövsümün ilk hissəsində vəziyyətə nəzarət etmək çox çətin idi, amma indi fərqli mentalitetdəyəm. Əsasən yaxşı gördüyüm işlər üzərindən gedirəm. Belə olan halda özümü motosikletdə daha yaxşı hiss edəcəyəm.
Britaniyada yarış başlayanda ön sürüş yüksəkliyi cihazını işlədə bilmədim. Dörd dəfə sınasam da, xırda səhvə yol verdim. Buna görə də yarışa cihazsız başladım. Orada anlamadığımız bir problem var idi, çünki eyni şeyi mən də etdim və işləmirdi.
Sonra motosikletdə qəribə bir şey oldu. Hər dəfə əyləcə basanda və ötürmələri aşağı salanda arxa tərəf kilidlənirdi. Bu problemə görə az qala köhnə birinci döngədə qəza edirdim. Çox pis qəza olacaqdı…
Daha sonra tam sürətlə çınqıllığa girdim və qəza etdim. Bazar günümüz belə keçdi. Yarışımız sadəcə iki dövrə çəkdi”.