F-1.az xatırladır ki, 2020-ci ilin Dünya Çempionu İtaliya Qran Prisinin ikinci sərbəst yürüşlərində qəza etmiş və sağ əlinin barmağını qırmışdı. O, sağalmaq üçün İtaliya yarışını buraxsa da, Honda komandası bildirib ki, ispaniyalı sürücü Almaniya Qran Prisini də buraxacaq. Miri heç bir sürücü əvəz etməyəcək.
Qeyd edək ki, Xoan Honda-ya bu il qatılıb və onun yeni komandasında bəxti heç gətirmir. O, bu il Portuqaliya, Argentinada sprint yarışında, Amerika, İspaniya və Fransada əsas yarışda qəza etmişdi. Dünya Çempionu bu il sadəcə 5 xal toplaya bilib.
Lakin Xoandan başqa Honda sürən başqa sürücü Aleks Rins də Almaniyada iştirak edə bilməyəcək. Bu il Honda adına tək qələbəni qazanan Rinsin ayağı qırılıb və onun ayağına fiksator taxılmalıdır.
Rins bu həftə növbəti dəfə əməliyyat olunacaq və Avqustdakı Britaniya yarışına qədər yarışmayacaq. Aleks Rinsi də heç kim əvəz etməyəcək. Yəni Honda-nı Almaniyada Takaako Nakaqami və Mark Markes təmsil edəcək.