X.Martin: Zəifəm

Pramac Ducati komandasının sürücüsü Xorxe Martin bildirib ki, ilk günü lider tamamlasa da, xəstəliyə görə özünü zəif hiss edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərini bitirdiyi üçün sıralanma turunun ikinci sessiyasına qalıb. Bu nəticə ona hava və su kimi lazımdır, çünki xəstələnib və özünü yaxşı hiss etmir.

Xorxe Martin: “Nəticədən razı olsam da, əliminzdən gələnin ən yaxşısını etmədik. Motosiklet çox yaxşı işləyir, amma özümü pis və zəif hiss edirəm. Sağalmalıyam. Cümə günü çətin idi. Gücüm yox idi. Bütün döngəlrədə çətinlik çəkirdim. Ancaq xoşbəxtəm. Sərbəst yürüşlərin son yarım saatında özümüzə gəldik. Şənbə günü işləmək üçün vaxtımız olacaq.

Sərbəst yürüşlər zamanı fiziki cəhətdən güclü olmaq üçün əlimdən gələni etdim. Sonuna qədər enerjimi qorumalı idim. Hər şey yaxşı getdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*