F-1.az xatırladır ki, ispaniyalı sürücü hazırda peletonda ən sürətli pilotlardan biri sayılır. O, indiyə qədər 9 poul qazanıb. Lakin o, yarışlarda qeyri-stabildir və tez-tez qəza edir. Buna görə də sadəcə 1 yarış qazana bilib. Buna görə də Ducati komandası əsas komandaya onu yox, Enea Bastyanini seçmişdi.
Bəzi dedi-qodulara görə Martin baza komandasında yarışmaq istəyir və buna görə də Yamaha ilə danışıqlar aparır.
Lakin ispaniyalı bu dedi-qoduları təkzib edib: “Hələ danışmaq üçün tezdir, çünki hamımızın ikiillik müqaviləsi var. Buna görə də gözləyək və görək nə olur. Hələ müqavilənin ilk ilindəyik və buna görə də gələn il üçün komanda axtarmağa ehtiyac yoxdur. Bu səbəbə görə tələsməməliyik”.