F-1.az xatırladır ki, Ducati 2022-ci ildə bildirmişdi ki, Xorxe Martin-ə baza komandası ilə eyni motosikleti verəcək. Lakin keçən il ilk testlərdən sonra Banyaya 2022-ci il versiya motosikletdən imtina edərək, 2021-ci ildəki motoruna qayıtmışdı.
Bu il Ducati-nin hansı addımı atacağı hələ də məlum deyil.
Xorxe Martin: “2023-cü il motosikleti keçənilkinə nisbətən inkişaf edib. Təbii ki, baza sürücüləri üçün elə də ciddi fərq yoxdur. Buna görə də onlar seçim etməkdə çətinlik çəkirlər, çünki aralarında ciddi fərq yoxdur.
Mənim üçün 2023-cü il motosikleti daha yaxşıdır, amma Portimao-da hansını sürəcəyik bilmirəm. Gözləməliyik”.