X.Martin məyusdur

Pramac Ducati komandasının sürücüsü Xorxe Martin bildirib ki, Ducati-nin əsas komandasına getmədiyi üçün məyus olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il Enea Bastyanini ilə Ducati-nin əsas komandasında yarışmaq üçün mübarizə aparırdı. Lakin Bastyanini 2021-ci il motosikleti ilə 4 yarış qazanaraq, əsas komandada yarışmağa haqq qazanmışdı. Martin isə Pramac komandasında qaldı.

Xorxe Martin: “Mənə Ducati-də yarışmayacağımı deyəndə çox məyus oldum, çünki orada olacağımı düşünürdüm. Sonra mövsümün ortasında böyük dəyişiklik oldu.

Ən azından baza komandaları ilə eyni motosikletə sahibəm, çünki keçən il fərqli idi. Amma indi bəhanəmiz yoxdur. Dəyərimi özüm isbatlaya bilərəm. Özümə inanıram. Ostində sıralanma turunda bir neçə səhv etdim. Buna görə də özümü təkmilləşdirməliyəm.

Amma ilk testdən etibarən sürətli olduğumu hiss edirəm və yarışda rəqabətədavamlıyam. Buna görə də stabil olduğumu düşünürəm. Yaxşı yarışlar keçirə bilərəm. Hədəfim Pekkoya yaxın olmaqdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*