F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 12-ci yerdən başlasa da, 3-cü olaraq podiuma yüksəlib.
Xorxe Martin: “Üçüncü dövrədə etdiyim ötməlrədən sonra ağzım bəlğımlə dolmuşdu və nəfəs ala bilmirdim. Əlimdən gələni etdim. Nəfəs ala bilmirdim və ciyərlərim yox kimi idi. Buna görə də tempimi qorumaq çətin idi.
Yenə də Aleşin sürətli olduğunu bilirdim və ona qarşı müdafiə olunmağa çalışdım. Bilridim ki, sondan ikinci döngədə hücuma keçəcək. Orada bir az gec əyləcə basdım. Bu həmlə işə yaradı”.